Ötən həftə İslandiya-Azərbaycan oyunu təkcə bizim xatirəmizdə qalmayıb. Bu oyun Qudyonsenlər ailəsi üçün də əlamətdar olub. Millimizlə qarşılaşmada meydana çıxan Daniel Qudyonsen bu ailənin İslandiya yığma komandasında oynayan beşinci üzvü olub. Beləliklə, babası Arnor Qudyonsen (64 yaş), atası Eydur Qudyonsen (46), qardaşları Sveyn Aron (27) və Andri Lukasdan (23) sonra Daniel Tristan Qudyonsen də 19 yaşında ilk dəfə milli komandanın forması ilə meydana çıxmaqla həm öz ailəsi, həm İslandiya, həm də dünya futbolunda maraqlı bir rekorda imza atıb.
Arnór Qudyonsen – milli komandada 73 oyun, 14 qol
Eydur Qudyonsen – 88 oyun, 26 qol
Sveyn Aron Qudyonsen – 20 oyun, 2 qol
Andri Lukas Qudyonsen – 35 oyun, 9 qol
Daníel Tristan Qudyonsen – 1 oyun, 0 qol