Heç cür böhrandan çıxa bilməyən və 6 turdan sonra Premyer-Liqanın sonuncusu kimi möhkəmlənən “Kəpəz” Azər Bağırovu baş məşqçi postuna qaytarıb. Klubun mətbuat xidmətinin məlumatına görə, 44 yaşlı mütəxəssis mövsümün sonuna qədər klubu vəziyyətdən çıxarmaq üçün çalışacaq.
Bu Azər Bağırovun “Kəpəz”ə ikinci gəlişidir. Ötən mövsüm “Kəpəz” məhz onun rəhbərliyi altında elitada qalmağı bacarmışdı.