Qadın adı daşıyan yeganə müstəqil dövlət kimi San Lusia ekzotik ada kimi cəmi 181 000 əhalisi ilə dünya futbolunda heç nə ilə xatırlanmır. Bu ölkənin milli komandasının ən böyük nailiyyəti Arubanı keçərək DÇ-2014-ün seçmə mərhələsində əsas raunda çıxmaq olub. Yəni, seçmə mərhələdə iştirak imkanı qazanıb. Odur ki, son illərdə azarkeşlərini məyus edən Azərbaycan millisi üçün FİFA Series-də belə bir rəqib qələbə qazanıb reabilitasiya olmaq imkanı verirdi. Elə oyun da məhz bu ssenari ilə başladı. Artıq 2-ci dəqiqədə millimiz penalti fürsəti qazandı və yığmamızın bombardiri Emin Mahmudov hesabı açdı. Tezliklə ikinci qol da gəldi. Oyunun gedişi, rəqibin həddən artıq zəif olması hesabın böyük olacağından xəbər verirdi. Fasiləyə qədər Musa Qurbanlı cinadan gələn asmanı ayağı ilə qapıya yönəltdi.
Ayxan Abbasov fasiələdə əvəzetmələrə əl atdı və hətta qapıçını da əvəzlədi. Amma ikinci yarı əksinə başladı. Bu dəfə qonaqlar penalti ilə erkən qol vurdu. Doğrusu, belə bir zəif komandadan qol buraxmaq vurulan 3 qola bərabər sayılmalı idi. Sent Lüsiya futbolçuları o qədər zəif və həvəskar səviyyədə idi ki, oyuna intriqa gətirəcəyi sensasiyadan da artıq olardı. Toral Bayramovun vurduğu qol zamanı müdadiəçilərin və qapıçının hərəkətləri bunu bir daha təsdiqlədi.
Oyun Azərbaycan millisinin tarixində ən böyük hesablı qələbəsi ilə başa çatdı. Amma bu oyunun milli komandaya hansı faydanı verdiyini və ya komandanın gerçək imkanlarını üzə çıxardığını söyləmək çətindir. Sen Lüsiya yığması həvəskar səviyyədə bir kollektiv idi.
Azərbaycan – Sent Lüsiya 6:1
Qol: E. Mahmudov, 2-p. R. Sadıxov, 21. M. Qurbanlı, 36. T. Bayramov, 64. V. İsgəndərli, 86. R. Əhmədzadə, 89 – D. Filip, 52-p.
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan).
Azərbaycan: Rza Cəfərov (Səlahət Ağayev, 46), Bədavi Hüseynov (Rahil Məmmədov, 46), Elvin Bədəlov (Cəlal Hüseynov, 46), Rəhman Daşdəmirov (Abdulla Rzayev, 74), Qismət Alıyev (Vüsal İsgəndərli, 46), Elvin Cəfərquliyev (Toral Bayramov, 46), Emin Mahmudov (k) (Ceyhun Nuriyev, 46), Emil Səfərov (Abdulla Xaybulayev, 46), Rəhim Sadıxov (Ayxan Hüseynov, 46), Musa Qurbanlı (Rüstəm Əhmədzadə, 46), Renat Dadaşov (Xəyal Əliyev, 46).
Sent-Lüsiya: Devon Sent-Prins, Doneal Layonel, Melvin Doksiyi (k), Alvinus Mayers, Kiqan Kauli (Ridel Stanislas, 46), Eymani Butçer (Trent Aleksander, 46), Şevon Bayron (Cəlil Evans, 71), Bayan Aman (Tyerri Moril, 87), Şakuan Nelson, Arkel Cud-Boyd, Donavan Fillip.
Sarı vərəqələr: E.Səfərov, 30. T.Bayramov, 51. X.Əliyev, 69.