Millinin “FIFA Series – 2026” beynəlxalq turniri üçün genişləndirilmiş heyəti açıqlanıb. AFFA-nın rəsmi saytına istinadən xəbər veririk ki, baş məşqçi Ayxan Abbasov qarşıdakı sınaqlar üçün yığmaya 27 futbolçu cəlb edib.
Hazırlıq planına əsasən, millimiz martın 22-də Bakıda təlim-məşq toplanışına start verəcək. Turnir çərçivəsində paytaxtımızda keçiriləcək qarşılaşmalarda aşağıdakı futbolçular komandanın şərəfini qoruyacaq.
Qapıçılar: Səlahət Ağayev, Rza Cəfərov (hər ikisi “Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”).
Müdafiəçilər: Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Deyjon Hana”, Cənubi Koreya), Rahil Məmmədov (“Araz-Naxçıvan”), Elvin Bədəlov (“Neftçi”), Bədavi Hüseynov, Elvin Cəfərquliyev (hər ikisi “Qarabağ”), Rəhman Daşdəmirov (“Sabah”), Abdulla Rzayev (“Şamaxı”), Qismət Alıyev (“Zirə”).
Yarımmüdafiəçilər: Emin Mahmudov, Emil Səfərov (hər ikisi “Neftçi”), Rəhim Sadıxov, Ayxan Hüseynov (“Turan Tovuz”), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Abdulla Xaybullayev, Xəyal Əliyev, Aleksey İsayev (hamısı “Sabah”), Toral Bayramov (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Sumqayıt”), Vüsal İsgəndərli (“Partizani”, Albaniya), Ceyhun Nuriyev (“Zirə”).
Hücumçular: Renat Dadaşov (“Motor”, Polşa), Musa Qurbanlı (“Qarabağ”).