Ayxan Abbasovun qərarları və futbolumuzun acı gerçəyi

17.11.25 | 15:00
Ölkə futbolu

Futbolumuzun vəziyyəti bu şəkildəki kimidir

Millimizin Fransa ilə oyunu barədə baş məşqçi Ayxan Abbasov pozitiv danışdı. Yenə ənənəvi “vuruşduq”, “gənc oyunçular qazandıq” və “rəqibin gücü bəlli idi” kimi özünəməxsus klişe fikirlər söylədi.  Doğrudur, Fransa ilə oyunun nəticəsinə görə Abbasovu və onun komandasını tənqid etmək haqsızlıq olardı. Bu gün millidən fransızlarla başabaş oynamağı gözləmək haqsızlıq olardı. Hətta ikinci heyətlə və motivasiyasız oynayan Fransa yığması belə azacıq tərpənən kimi futbolçularımız çox aciz qalırdılar. Buna görə kimisə qınamaq olmaz. Amma qınanılası məqamlar da var. O məqamlara görə kiçik ölçüdə Ayxan Abbasov, böyük ölçüdə isə illərdir futbol təsərrüfatına rəhbərlik etmiş hər bir kəs cavabdehdir.

Baş məşqçini bu oyunda sadəcə heyət seçiminə görə tənqid edə bilərik. Şahruddin Məhəmmədəliyevin qapıya qayıtması kökündən səhv qərar idi və oyunun gedişi də bunu göstərdi. Aydın Bayramov İslandiya ilə oyunu pis keçirməmişdi və onunla da yola davam etmək lazım idi. Bundan başqa öz klubunda daimi meydana çıxan və milli komanda təcrübəsi olan, Premyer Liqada heç də pis oynamayan Səlahət Ağayevə də etimad göstərə bilərdi. İslandiya ilə oyunla müqayisədə Fransa ilə matçda start heyəti demək olar düz tapmışdı. Düzdür, Ayxan Abbasov yenə araya salıb Abbas Hüseynovu da meydana buraxdı. Özü də meydanda onun mövqeyinə yer olmadığından məcburi yarımmüdafiəyə göndərdi ki, təki oynasın. Görünür, ümumiyyətlə oyun praktikası olmayan Abbas Hüseynovun bacarıqları ilə bağlı Ayxan Abbasovun bildiyi bir sirr var. Amma o sirri açmaqda çətinlik çəkir.

Zənn edirik ki, baş məşqçiyə Fransa ilə oyunla bağlı bundan artıq nə isə demək qərəzli olardı. Oyunçular arasında ustalıq səviyyəsi o qədər fərqli idi ki, fransızların az qala yeriyə-yeriyə qol vururdular. Hakim 2 dəfə qapımıza vurulan qolu saymadı, fransızlar hər dəfə yenidən qol vururdu. Sanki, hakimlə bəhsə girmişdilər ki, sən istədiyin qədər qolu sayma, biz də istədiyimiz qədər vuracağıq. Axırda hakim də başa düşdü ki, xeyri yoxdur və üçüncü dəfə VAR-a baxdıqdan sonra qolu saydı. Futbolçularımızın keyfiyyət baxımından bu qədər aşağı olmasının günahı millinin baş məşqçisində deyil. O, belə aşağı keyfiyyətli futbolçularla çətin döyüşə atılmaqla əksinə cəsarət də göstərdi. İndiki vəziyyətə biz illərlə gəlmişik və bu illər ərzində heç kimi, nə AFFA-nı, nə klubları oyunçu yetişdirmək, keyfiyyətə və gələcəyə yönəlik işlər görmək maraqlandırmayıb. Hamı məlum məsələ ilə məşğul olub.

Nəticə də göz qabağındadır. Fransa ilə oyunda ən çox təriflənən Xəyal Əliyev idi. Düzdür, gənc oyunçu qaçırdı, cəsarətli gedişlər edirdi, yəni “Bəyin oğurlanması” filmində deyildiyi kimi “yaxşı demək olar”. Bəzən öz imkanlarını və rəqibini unudub nə isə etmək istəyəndə acınacaqlı mənzərə yaranırdı. Fiziki və taktiki hazırlıq, intellekt və strateji düşünmə bacarıqlarına görə futbolçularımız Fransanın heç də top oyunçusu olmayan və İngiltərənin ikinci, üçüncü dərəcəli klubunda oynayan oyunçulardan belə geri qalırdı. “Kristal Pelas”da oynayan Mateta birə-bir oyunda o qədər rahat idi ki…Qol epizodundan olan şəkilə baxanda Mateta ilə bizim oyunçular arasındakı uçurum bütün çılpaqlığı ilə özünü göstərir.

On illər futbolumuz adına boşuna gedib. Ciblər dolub, futbolumuz isə viran qoyulub. Az-çox uğur qazanmaq üçün xalqın, millətin boğazından kəsib ortabab legionerlər gətirib nə isə etmək istəyirik və hətta Medina, Zubir, Kadi, Andrade, Yankoviç kimi ortabab futbolçular belə bizimkilərdən qat-qat keyfiyyətli oyunçudurlar. Bu bir gerçəklikdir və buna görə futbolda işləmiş hər kəs məsuliyyət daşıyır. Ayxan Abbasov isə ümidlidir.  Əslində, doğru yanaşmadır və gələcəyə inanmaq lazımdır. Hesab edirikmki, Ayxan qalmalı və işləməlidir. Çünki, milli komandanın problemi məşqçi ilə bağlı deyil.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03