Ayxan Abbasovdan sensasiyalı açıqlama: “Yaydan yeni yerdə işləyəcəyəm”

14.03.26 | 09:14
Ölkə futbolu

Premyer Liqasının XXIV turunda səfərdə “Sumqayıt”ı minimal hesabla (1:0) məğlub edən “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan sonra media mənsublarının suallarını cavablandırıb. Təcrübəli mütəxəssis komandasının cari forması, klub daxili problemlər və transfer məsələləri ilə bağlı maraqlı açıqlamalar verib.

Qələbəni şərh edən Abbasov, komandasının yüksəlişdə olduğunu vurğulayıb:“Maraqlı oyun izlədik. Məqsədimiz turnir cədvəlində bizdən öndə olan rəqiblərə çatmaqdır. Bu baxımdan çox vacib üç xal qazandıq. Hazırda kifayət qədər döyüşkən heyətimiz var. Əgər bəzi oyunlarda lazımsız xal itkiləri yaşamasaydıq, indi daha yuxarı pillələrdə qərarlaşa bilərdik. Yaxın vaxtlarda çempionatda fasilə yaranacaq. Yorğunluq olsa da, komanda yaxşı ritm tutub və biz bu tempdə davam etmək istərdik. Son dövrlər yalnız «Qarabağ»a uduzmuşuq, bu da artan dinamikadan xəbər verir”.

Baş məşqçi yerli mütəxəssislərin üzləşdiyi çətinliklərə və futbol camiəsindəki bəzi neqativ hallara da toxunub: “Biz özümüzünkülərə dəstək olmalıyıq. Bəzi tanınmış məşqçilərin yerli mütəxəssisləri tənqid edərək onların yerini tutmaq istədiyini görürəm. Nə vaxt ki, öz kadrlarımıza qiymət verəcəyik, o zaman klub rəhbərləri də bizə dəstək olacaq. Təəssüf ki, hazırda rəhbərlərin 90 faizi bu yanaşmada deyil. Nəticə verməyən bir çox funksionerlər vəzifələrindən getməlidir. Problemi yalnız məşqçidə axtarmaq düzgün deyil, rəhbərlikdən də soruşulmalı çox məqam var”.

Komandanın bombardiri Rossi haqqında danışan mütəxəssis, onun komandada qalmasının maliyyə məsələlərinə bağlı olduğunu qeyd edib: “Rossi bura gələndə fərqli idi, üzərində çox çalışdı və hazırda 9 qolla komandaya böyük xeyir verir. Liqada 400-500 min maaş alıb, mövsüm boyu 2 qol vura bilməyən legionerlər var. Onun müqaviləsi yayda başa çatır və belə bir oyunçunu heyətdə saxlamaq asan olmayacaq. Hər şey büdcədən asılıdır. Klub inkişaf etməlidir”.

Sonda Ayxan Abbasov şəxsi karyerası ilə bağlı gözlənilməz anons verərək, “yeri gəlmişkən, yaydan etibarən yeni bir yerdə fəaliyyətə başlayacağam” sözləri ilə mətbuat konfransını yekunlaşdırıb.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09