Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49
Ölkə futbolu

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “FIFA Series” turnirinin finalında Syerra-Leone üzərində qazanılan dramatik qələbədən (1:1, penaltilərlə 9:8) sonra mətbuat konfransında iştirak edib. Sumqayıtdakı atmosferi yüksək qiymətləndirən mütəxəssis, komandanın performansı, yeni oyunçular və Millətlər Liqasına hazırlıq barədə mühüm açıqlamalar verib.

Sumqayıtda yaradılan möhtəşəm ab-havaya görə azarkeşlərə minnətdarlığını bildirən baş məşqçi, oyunun çətin keçəcəyini əvvəlcədən proqnozlaşdırdıqlarını qeyd edib: “Rəqib bizdən daha gümrah görünürdü. İlk hissədə buraxılan səhvlər və hücumda aqressivliyin çatışmazlığı rəqibin təhlükəli əks-hücumlar qurmasına şərait yaratdı. Lakin ikinci hissədə etdiyimiz taktiki dəyişikliklər və artırdığımız temp bəhrəsini verdi. Penalti seriyası isə həm azarkeşlər üçün maraqlı bir şou, həm də futbolçularımız üçün böyük təcrübə oldu. Qələbəyə şadıq, lakin bu oyun bizə ciddi siqnallar verdi: artırmalıyıq”.

Penalti seriyasındakı uğuru şərh edən Abbasov, futbolçuların xüsusi hazırlıq keçməsələr də, məşqlərdən sonra öz üzərlərində işləmələrinin nəticə verdiyini vurğulayıb: “Karyeramda “Sumqayıt”ı çalışdırarkən “Qarabağ”a qarşı belə bir sınaqdan keçmişdik. Milli komandada isə məsuliyyət tam başqadır. Futbolçularımız penalti zamanı soyuqqanlılıq nümayiş etdirdilər. Bu, gələcək rəsmi oyunlar üçün çox vacib psixoloji üstünlükdür”.

“FIFA Series” turnirinin komanda üçün geniş analiz imkanı yaratdığını deyən mütəxəssis, Millətlər Liqasındakı rəqibləri də diqqətdə saxladıqlarını bildirib: “Bu təlim-məşq toplanışından maksimum yararlanmağa çalışdıq. Bir çox yeni simanı sınaqdan keçirdik. Millətlər Liqasındakı rəqiblərimizdən olan Litvanı analiz edirik – onlar xüsusilə ev oyunlarında çox təhlükəlidirlər. Qrupda maksimum nəticə üçün əlimizdən gələni edəcəyik”.

Rusiyanın “Torpedo” klubunda çıxış edən Sadıx Bağıyevin milliyə cəlb olunma ehtimalına toxunan Ayxan Abbasov, bəzi futbolçuların status məsələsindən çəkindiyini gizlətməyib: “Biz Sadıxı Portuqaliyaya qarşı U-21-in oyununa dəvət etmişdik. Lakin o gəlsəydi, Rusiyada legioner statusuna düşəcəkdi. Görünür, bəzi futbolçular bu statusa görə ehtiyat edirlər. Amma bizim qapımız hər kəsə açıqdır. Kim millidə oynamağa can atırsa və buradakı oyunçulardan daha güclüdürsə, onun üçün heç bir problem yaşanmayacaq.”

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09