Ayxan Abbasov: “Qarabağ”ın gücünə bələd idik, səhvlərə yol verdik”

05.03.26 | 07:11
Ölkə futbolu

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qarabağ”a məğlubiyyəti (1:3) şərh edib. Mütəxəssis komandasının çıxışını və oyundakı kritik məqamları dəyərləndirib: “Matçın son dəqiqələri bizi məyus etdi. ‘Qarabağ’ın gücünə bələd idik. Görüşə yaxşı başlamasaq da, sonradan müəyyən imkanlar yarada bildik. İkinci hissədə rəqibin təzyiq artıracağını gözləyirdik, təəssüf ki, həmin məqamlarda səhvlərə yol verdik. Əgər son dəqiqədəki penaltini dəqiq yerinə yetirsəydik, bəlkə də şansımız olardı. Hər bir halda, futbolçularıma təşəkkür edirəm, hər 4 gündən bir oyuna çıxmaq asan deyil. Artıq növbəti matçlara hazırlaşacağıq”.

Məşqçi penalti zərbəsini İbrahim Şuaibunun vurmaq istəməsinə də aydınlıq gətirib: Bizim əsas penalti vuran oyunçularımız Apolinario və RossidirSon bir neçə oyunda penaltiləri Kərim yerinə yetirirdi və qollar vururdu”.

Abbasov ötən turdakı tənqidlərinə Peşəkar Futbol Liqası (PFL) tərəfindən gələn reaksiya barədə də danışıb: “Bəli, müəyyən söhbətlərimiz oldu. Hamı meydançaların vəziyyətinin yaxşı olmasını və inkişafın getməsini istəyir. PFL əməkdaşları ilə uzunmüddətli əlaqələrimiz var. Oyundan sonra danışdıq, məsələni öz aramızda həll etdik və bir-birimizi anladıq”.

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45