“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Ayaks”ın “Qroningen”lə Erediviziyanın 14-cü turunun oyunu azarkeşlərin “Amsterdam Arena”da fişəng və digər alışqan maddələr atması üzündən təxminən 5-ci dəqigədə dayandırılmışdı. Təxirə salınan oyun dünən bağlı qapılar arxasında keçirilib və qadağaya baxmayaraq bir azarkeş stadiona buraxılıb. Bu ağır xərçəng xəstəliyindən əziyyət çəkən Peter adlı fanat olub. O, noyabrın 30-da stadiona gətirilsə də, məlum hadisə üzündən sevimli komandasının oynunu izləyə bilməyib. Hadisədən xəbər tutan liqa rəhbərliyi, matçın qapalı qapılar arxasında oynanılmasına baxmayaraq, Peteri qəbul etmək və onu stadiona buraxmaq qərarına gəliblər.
Oyuna gəlincə, matçın statistikası “Qroningen”nin daha yaxşı oynamasından xəbər verir. Ancaq futbolda xalı qol vuran komanda qazanır. Qodts və Bauvmanın qolları sayəsində “yəhudilər” ilk başlanğıc fitdən sona qədər 44 saatdan bir qədər çox çəkən görüşdə qələbə qazandı. Hazırda “Ayaks” 23 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və lider PSV-də 14 xal geridə qalırlar.