Millinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolambus Kryu” MLS-in növbəti turunda səfərdə Kanadanın “Toronto” klubu ilə qarşılaşıb. Görüş Ohayo təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb — 1:2.
Matçın taleyi əsasən son 10 dəqiqədə həll olunub. Meydan sahibləri ardıcıl vurduqları iki qolla üstünlük qazansalar da, “Kolambus Kryu” bu qollardan yalnız birinin əvəzini çıxa bilib.
Görüşün azərbaycanlı futbolsevərlər üçün ən yadda qalan məqamı 88-ci dəqiqədə yaşanıb. Gənc forvard Nəriman Axundzadə matçın sonuna yaxın meydana daxil olaraq, Şimali Amerika Liqasında (MLS) rəsmi debütünü reallaşdırıb. Meydanda olduğu qısa müddət ərzində nəticəyə təsir etmək imkanı məhdud olsa da, bu debüt onun gələcək karyerası üçün mühüm addım hesab olunur.
Şərq Konfransında mübarizə aparan “Kolambus Kryu” hazırda aktivindəki 2 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.