Ölkə futbolunun gənc istedadı Nəriman Axundzadənin MLS macərası başlayır. “Kolambus” ilə uzunmüddətli (3,5 illik) müqaviləyə imza atan 21 yaşlı hücumçunun sənəd işlərindəki son maneələr də aradan qalxır.
Menecer Tural Əsgərovun sözlərinə görə, artıq işçi vizası təmin edilib və futbolçunun Kolambusa yola düşməsi üçün yalnız texniki detallar qalıb. Bu transfer, həm gənc forvardın karyerası, həm də Azərbaycan futbolçularının beynəlxalq arenada, xüsusən də okeanın o tayında təmsilçiliyi baxımından mühüm addım hesab olunur.