“Fənərbaxça”nın püşklə bəxti gətirmədi desək yanılmarıq. Pley-off mərhələsinin bəlkə də ən güclü komandası türklərin bəxtinə düşdü. Bu oyun dediklərimizi təsdiqlədi. “Satı-lacivədlilər” “Nottingem” önündə taktiki və fiziki cəhətdən çox gücsüz görünürdülər. İngilislər müdafiədə intizamlı, hücumda isə kəsərli oynamaqla rahat qələbə qazanaraq faktiki olaraq 1/8 finalı təmin etdi.
Pley-offun ilk oyunları ümumiyyətlə qonaqların üstünlüyü ilə yadda qaldı. Diqqətçəkən nəzitələrdən biri də “Srvena Zvezda”nın səfərdə “Lill”i yenməsi oldu.
Avropa Liqası, Pley-off mərhələsi, ilk oyunları
Fənərbaxça (Türkiyə) – Nottingem Forest (İngiltərə) 0:3
Murilyo, 21. Jesus, 43. Qibbs-Uayt, 50.
PAOK (Yunanıstan) – Selta (İspaniya) 1:2
Yeremeyejj, 77 – Aspas, 34. Svedberq, 43.
Brann (Norveç) – Bolonya (İtaliya) 0:1
Kastro, 9.
Dinamo (Zaqreb, Xorvatiya) – Genk (Belçika) 1:3
Belyo, 45 – Heynen, 15. El Ouahdi, 21; 90.
Seltik (Şotlandiya) – Ştutqart (Almaniya) 1:4
Niqren, 21 – El Hannus, 15; 28. Nevelinq, 57. Tomas, 90+3.
Lill (Fransa) – Srvena Zvezda (Serbiya) 0:1
Teba Uçenna, 45+1.
Panatinaikos (Yunanıstan) – Viktoriya (Çexiya) 2:2
Tette, 31; 61 – Visinski, 11. Ladra, 80.
Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan) 2:1
Dua, 23. Son, 67 – Bamidele, 27.