“Aslan”ın hədəfi dörddəbir final, gözü isə 50 milyon avroluq mükafatdadır

10.03.26 | 18:46
Dünya futbolu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu axşam İngiltərənin “Liverpul” komandasını qəbul edəcək “Qalatasaray”da rəhbərlik hərəkətə keçib. Prezident Dursun Özbək, futbolçuların motivasiyasını ən yüksək səviyyəyə çatdırmaq üçün dörddəbir final yolunda rekord məbləğdə mükafat fondu müəyyən edib.

“Sarı-qırmızılı” rəhbərlik komandanın son dövrlərdəki yüksək performansını maddi stimullarla dəstəkləməkda davam edir. Belə ki, pley-off mərhələsində “Yuventus”un turnirdən kənarlaşdırılması və daxili çempionatda “Beşiktaş” üzərində qazanılan qələbələrdən sonra futbolçulara ümumilikdə 3,5 milyon avro mükafat paylanılıb. “Liverpul” səddi keçiləcəyi təqdirdə isə komandanı böyük bir “mükafat paketi” gözləyir.

Klubun maliyyə göstəriciləri bu mövsüm Avropa arenasında pik həddə çatıb. “Qalatasaray”ın cari qazancları və gözləntiləri aşağıdakı kimidir.

İtaliya nəhəngini turnirdən kənarlaşdıran “Aslanlar”, bu uğura görə UEFA-dan 11 milyon avroluq bonus qazanıb. Bu məbləğin martın 27-də klubun hesabına köçürülməsi gözlənilir. Əgər Okan Burukun yetirmələri “Liverpul”u mübarizədən kənarlaşdırsa, UEFA-dan daha 12,5 milyon avro birbaşa gəlir əldə edəcək. Bu uğur reallaşarsa, “Qalatasaray”ın bu mövsüm yalnız Çempionlar Liqasından əldə etdiyi ümumi gəlir 50 milyon avroluq psixoloji səddi keçəcək.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09