Arktika ildırımı: “Bude-Qlimt” Avropanı necə heyrətləndirdi?

05.03.26 | 07:54
Dünya futbolu

Şimal qütb dairəsindən gələn bir komanda bu gün Avropanın nəhəng klublarını canına qorxu salır. “Bude-Qlimt”in uğuru təsadüf deyil, düzgün idarəçilik, sadiqlik və taktiki intizamın məhsuludur. Gəlin, bu “Norveç nağılı”nın pərdəarxasına nəzər salaq.

Şəhərin xilas etdiyi klub

2000-ci illərin əvvəllərində “Bude-Qlimt” yoxa çıxmaq təhlükəsi ilə üz-üzə idi. 2009-cu ildə maliyyə pozuntularına görə klubun dövlətə 15 milyon Norveç kronu borcu yaranmışdı. Bu, kiçik bir klub üçün ölüm hökmü demək idi. Lakin yerli rəhbərlik möcüzəvi bir addım atdı: şəhər administrasiyası klubun “Aspmüra” stadionunu 16 milyon krona geri alaraq klubu iflasdan xilas etdi.

Bundan sonra estafeti azarkeşlər götürdü. Müstəqil təşkilat olan klub üzvlük haqları ilə maliyyələşməyə başladı. 50 min əhalisi olan Bodo şəhərinin az qala yarısı illik 200 kron (təxminən 32 AZN) ödəyərək klubun üzvü oldu. Bu gün klub həm də regionun nüfuzlu iş adamları və sabiq məmurları tərəfindən peşəkarcasına idarə olunur.

Berqlər sülaləsi: Qanla gələn sadiqlik

Klubun ruhunda Berq ailəsi dayanır. Hazırda akademiyanın rəhbəri olan Oryan Berq, onun atası — stadionun önündə heykəli ucalan əfsanəvi Harald “Dutte” Berq və hazırkı kapitan Patrik Berq.

Təkcə bir faktı qeyd edək: 2000-ci illərin sonunda klub ağır günlərini yaşayanda Haraldın oğulları Runar və Arild komandanın yaşaması üçün maaşdan imtina etmişdilər. Bu gün Patrik Berq babasının və atasının irsini Avropa arenalarında layiqincə davam etdirir.

Kyetil Knutsen: Aşağı diviziondan zirvəyə

Komandanın baş memarı Kyetil Knutsendir. Karyerasına Norveçin 5-ci divizionunda başlayan mütəxəssis, 2018-ci ildə “Bude-Qlimt”in sükanı arxasına keçdi. Onun fəlsəfəsi sadədir: Maksimum işgüzarlıq və hər bir oyunçudan 110% səmərə almaq.

“Biz oyun üslubumuzu daim təkmilləşdiririk. Norveç klubları bizə uyğunlaşdıqca, biz bir addım öndə olmaq üçün inkişaf etməliyik”, — deyə Knutsen bildirir.

Onun rəhbərliyi altında komanda 2020-ci ildə ən yaxın rəqibini 19 xal qabaqlayaraq ilk çempionluğunu bayram etdi.

Taktiki cəsarət: Avropa nəhənglərinə meydan oxuyan futbol

“Bude-Qlimt”in futbolu — yüksək intensivlik, boğucu pressinq və sürətli keçid hücumları deməkdir. Onlar hətta “İnter” və “Mançester Siti” kimi klublara qarşı “avtobus” qurmur, əksinə, rəqibi rəqib meydançasında qarşılayırlar.

Məsələn, “Siti” ilə oyunda vurulan qollardan birində norveçlilər eyni anda 6 futbolçu ilə əks-hücuma çıxaraq rəqibin müdafiəsini darmadağın etmişdilər. Bu, sadəcə cəsarət deyil, dəqiq hesablanmış riyazi hesabdırmı.

Psixologiya və “döyüş pilotu”nun toxunuşu

Fiziki hazırlıqla yanaşı, komandanın mental gücü də heyrətamizdir. 2017-ci ildən klubda sabiq hərbi pilot və psixologiya mütəxəssisi Byorn Mansverk çalışır. Əfqanıstanda xidmət etmiş Mansverk futbolçularla fərdi söhbətlər aparır, onlara meditasiya dərsləri keçir. Məhz bu “soyuqqanlılıq” sayəsində norveçlilər böyük stadionlarda azarkeş təzyiqindən qorxmurlar.

Transfer dühası: Ucuz al, baha sat

Klubun transfer siyasəti dərsliklərə salınacaq səviyyədədir. Onlar ulduz almır, ulduz yaradırlar.

Oyunçu       Alış qiyməti      Satış qiyməti    Yeni klubu

Albert Qrenbek       4.8 mln € 15 mln €    Renn

Faris Mumbanya       1.5 mln € 7 mln €     Marsel

Ugo Vetlesen 500 min €         8 mln €     Brügge

Erik Botheym 200 min €         6 mln €     Krasnodar

Xüsusi qeyd: Yens Petter Hauqe nümunəsi. Klubun yetirməsi olan Hauqe 5 milyon avroya “Milan”a satıldı, uğursuz legioner həyatından sonra 4.5 milyona geri qayıtdı və hazırda Çempionlar Liqasında “Tottenhem”, “İnter”, “Borussiya” kimi klubların qapısına yol taparaq qiymətini yenidən göylərə qaldırıb.

Qəribə simvol: Diş fırçası

“Bude-Qlimt”in dünyada bənzəri olmayan bir simvolu var — Sarı diş fırçası. Bu ənənə 1974-cü ildə bir azarkeşin zarafat məqsədilə stadiona diş fırçası gətirib onunla triubunaları idarə etməsi ilə başlayıb. Bu gün klubun bütün oyunlarında nəhəng diş fırçalarını görmək olar, hətta klubun rəsmi mağazasında ən çox satılan suvenirlərdən biridir.

Nəticə: Norveç dilində “Qlimt” — “parıltı”, “ildırım” deməkdir. Görünən odur ki, bu Şimal işığı hələ uzun müddət Avropa futbolunun ufüqlərini işıqlandıracaq.

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45