DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerikada zonasında son tur xeyli əlamətdar hadisələr oldu. İki qırmızı vərəqənin göstərildiyi Ekvador-Argentina ilk yarının 13-cü artırılmış dəqiqəsində vurulan qolla Messisiz Argentina uduzdu. Boliviya Karlo Ançelottinin Braziliya yığmasını məğlub edərək italyan məşqçiyə pentakampeonların sükanı arxasında ilk məğlubiyyəti yaşatdı. Venesuela-Kolumbiya oyununda 9 qol vuruldu…Bununla da seçmə mərhələ başa çatdı. 6 komanda əvvəldən məlum idi. Başqa qitə təmsilçisi ilə pley-off raunduna qalan komanda da müəyyən oldu.
Sonuncu turdan əvvəl DÇ-yə birbaşa çıxan 6 komandanın adı bəlli idi. Son turda yalnız 7-ci yer uğrunda intriqa qalırdı. Başqa qitənin nümayəndəsi ilə oynamaq üçün Venesuela və Boliviya yarışırdı. Sonuncular Braziliya üzərində vacib qələbə ilə keçid raunduna qaldılar.
Boliviya – Braziliya 1:0
Ekvador – Argentina 1:0
Venesuela – Kolumbiya 3:6
Peru-Paraqvay 0:1
Çili – Uruqvay 0:0
