“Real”ın gənc ulduzu və Türkiyə millisinin parlayan siması Arda Güler, təkcə yaşıl meydanlardakı çıxışı ilə deyil, həm də şəxsi həyatı ilə gündəmdən düşmür. 21 yaşlı futbolçu bu yaxınlarda sevgilisi Duru Nayman ilə Madriddə gəzinti zamanı obyektivlərə tuş gəlib.
Gəzinti zamanı çəkildiklərini hiss edən gənc cütlük əvvəlcə qısa müddətli panika yaşayıb. Ardanın sevgilisini qorumaq instinkti və medianın diqqətindən yayınmaq istəyi maraqlı dialoqa səbəb olub.
Arda: “O tərəfə baxma, Duru”.
Duru: “Yaxşı, baxmayaq”.
Kameraların onları izlədiyini anlayan Arda, vəziyyəti yumorla idarə etməyi bacarıb. O, sevgilisinə “yaxşı görünürsən” deyərək zarafat edib və bu səmimi anlar sosial mediada sürətlə yayılıb. Azarkeşlər Ardanın həm meydanda, həm də gündəlik həyatda nümayiş etdirdiyi soyuqqanlılığı və zarafatcıl tərəfini rəğbətlə qarşılayıblar.
Qısa dialoqdan sonra cütlük sürətli addımlarla gəzintilərinə davam edərək ərazidən uzaqlaşıb. Bu görüntülər qısa zamanda İspaniya və Türkiyə mediasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.