Avropanın klub turnirlərində həyəcan Konfrans Liqası ilə davam edir. Bu gecə 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində 8 qarşılaşma keçiriləcək və növbəti mərhələnin iştirakçıları bəlli olacaq.
Gecənin ən çox maraq doğuran görüşlərindən biri Polşada baş tutacaq. Türk futbolunun əfsanəsi Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” Polşanın “Lex” komandasının qonağı olacaq. İlk oyunda 3:1 hesablı inamlı qələbə qazanan Turanın yetirmələri bu üstünlüyü qoruyaraq adlarını 1/4 finala yazdırmağa çox yaxındır. Arda Turanın gənc və dinamik məşqçilik üslubunun Avropa arenasında necə nəticə verəcəyi futbol ictimaiyyəti tərəfindən yaxından izlənilir.
Qardaş ölkə təmsilçisi “Samsunspor” isə çətin İspaniya səfərinə yollanır. İlk görüşdə öz meydanında “Rayo Valekano”ya 1:3 hesabı ilə uduzan samsunlular revanş almaq niyyətindədir. İspaniyada iki top fərqi ilə geri dönüş etmək çətin görünsə də, “Samsunspor”un son vaxtlar göstərdiyi əzmkar oyun azarkeşlərə ümid verir.
İngiltərə Premyer Liqası təmsilçisi “Kristal Pelas” 1/4 final bileti üçün Kiprə yollanır. Londonda keçirilən ilk görüşdə AEK Larnakanın müdafiə səddini yara bilməyən (0:0) “qartallar” bu dəfə səfərdə qələbə qazanmağa çalışacaqlar. İngilislər cütün aşkar favoriti hesab edilsə də, AEK-in doğma meydan üstünlüyü və ilk oyundakı inadkar müdafiəsi Londondan gələn qonaqlar üçün ciddi sınaq vəd edir.
21:45 AEK (Yunanıstan) – Çele (Sloveniya)
(ilk oyun – 4:0)
21:45 AEK L (Kipr) – Kristal Pelas (İngiltərə)
(ilk oyun – 0:0)
21:45 Maynts (Almaniya) – Оlоmоuts (Çexiya)
(ilk oyun – 0:0)
21:45 Rakov (Polşa) – Forentina (İtaliya)
(ilk oyun – 1:2)
00:00 Rayo Valekano (İspaniya) – Samsunspor (Türkiyə) TRT 1
(ilk oyun – 3:1)
00:00 Sparta (Çexiya) – Alkmaar (Niderland)
(ilk oyun – 1:2)
00:00 Strasbur (Fransa) – Riyeka (Xorvatiya)
(ilk oyun – 2:1)
00:00 Şaxtyor (Ukrayna) – Lex (Polşa)
(ilk oyun – 3:1)v