Arda Gülər Alonso ilə yola getmir

16.12.25 | 23:31
Dünya futbolu

“Real”in gənc ulduzu Arda Gülər ilə baş məşqçi Xabi Alonso arasında münasibətlərin gərginləşdiyi iddia edilir. Son oyunlarda Ardanın az şans qazanması və meydandakı performansı bu şayiələrin yaranmasına əsas səbəb kimi göstərilir.

İspaniya mətbuatının yaydığı məlumata görə, Ardanın komandadakı mövqeyi və taktiki intizamı klub daxilində müzakirə mövzusuna çevrilib. Türk futbolçunun son matçlarda gözlənilən dinamikanı nümayiş etdirə bilməməsi texniki heyətin narazılığına yol açıb. Xüsusilə, Çempionlar Liqasında “Mançester Siti”yə qarşı keçirilən önəmli qarşılaşmada Ardanın ehtiyatda saxlanılması futbolçu tərəfindən narazılıqla qarşılanıb.

İddialara görə, Arda Gülər ona kifayət qədər dəyər verilmədiyini və Cud Bellinqem kimi bəzi komanda yoldaşlarının ondan imtiyazlı şəkildə üstün tutulduğunu düşünür. Gənc oyunçunun bu vəziyyəti “mənəvi xəyanət” kimi qəbul etdiyi və bunun onun paltardəyişmə otağındakı davranışlarına mənfi təsir göstərdiyi bildirilir.

“Alaves”lə oyunda Dani Sebalyosun əvəzinə meydana daxil olan Arda, özünü rahat hiss etdiyi hücumameyilli mövqedə çıxış etsə də, performansı qənaətbəxş hesab olunmayıb. Müdafiəyə kömək etmədiyi və pressinqdə iştirak etmədiyi üçün 78-ci dəqiqədə əvəzlənən futbolçu ilə Alonso arasında oyunsonu sərt söhbət olduğu deyilir. Alonsonin Ardanın sahədəki intizamsızlığını və taktiki göstərişlərə əməl etməməsini sərt şəkildə tənqid edib. 20 yaşlı futbolçu isə öz oyun üslubuna bəraət qazandırmağa çalışdığı və daha çox hücum azadlığı tələb etdiyi iddia olunur.

Hazırda “Real” rəhbərliyinin bu böhranın böyüməməsi üçün tərəflər arasında vasitəçilik etməyə çalışdığı gələn xəbərlər arasındadır.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03