“Araz-Naxçıvan” dalbadal ikinci oyunda qələbə qazanmaqla yenidən sabitlik yolunu tutması barədə ümidlər verir. Keçən həftə “Karvan-Yevax”ı məğlub edən Andrey Demçenkonun komandası bu dəfə səfərdə heç də zif olmayan “Şamaxı”nı minimal hesabla yendi. Oyunda yeganə qolu da elə şamaxılı Vladislav Veremeyev öz qapısına vurdu. Naxçıvanlılar bu qələbə ilə Avrozonaya qayıtdılar. Lakin yaxın təqibçiləri olan “Zirə” sabah oynayacaq, “Neftçi”nin isə ehtiyatında 2 oyun qalır.
Premyer Liqa, 25-ci tur
“ŞAMAXI” – “ARAZ-NAXÇIVAN” 0:1 (0:0)
Qol: Veremeyev, 56-öz qapısına.
Baş hakim: İnqilab Məmmədov.
Şamaxı: Rikardu Fernandeş (k), Abdulla Rzayev (Rafael Məhərrəmli, 84), Oruc Məmmədov (Alfons Msanqa, 64), Rüfət Abbasov, Edqar Adılxanov (Andrey Tırkovyanu, 64), Kərim Rossi, Vladislav Veremeyev, Rikardo Apolinario (Rodriqu Fernandeş, 79), Dioqu Balau (Abdullahi Şuaybu, 79), Sezar, David Santos.
Araz-Naxçıvan: Tərlan Əhmədli, Bəxtiyar Həsənəlizadə (k), Slavik Alxasov, Rahil Məmmədov, Mustafa Əhmədzadə, Patrik Andrade, Issuf Paro (Bruno Franko, 75), Nunu Rodriqeş, Hamidu Keyta (Şarl Boli, 71), Felipe Santos (Ülvi İsgəndərov, 82), Ba-Muaka Simakala (Ramon, 72).Sarı vərəqələr Andrade, 12