Araz-Naxçıvan”da böhran: Futbolçular cərimələnəcək, Demçenko isə günahı bölüşür

08.03.26 | 23:25
Ölkə futbolu

Premyer Liqanın 23-cü turunda “Qarabağ”a 0:6 hesabı ilə məğlub olan “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko oyunsonrası mətbuat konfransında sərt açıqlamala verib.

Rəqibi qələbə münasibətilə təbrik edən mütəxəssis, komandasının oyunundan narazılığını gizlətməyib: “Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Çox yaxşı çıxış edərək layiq olduqları nəticəni qazandılar. Hər bir komanda rəqib nəyə imkan verirsə, o qədər də oynayır. Təəssüf ki, mənim futbolçularım bu gün rəqibə meydanda hər şey etməyə şərait yaratdılar. Fikrimiz sanki başqa yerdə idi.

Demçenko məğlubiyyətin psixoloji və taktiki səbəblərinə toxunaraq, komandasının daxilindəki parçalanmaya diqqət çəkib: “Rəqib ciddi pressinq tətbiq edirdi, biz isə onları topsuz qoymaq istəyirdik. Lakin bir oyunçu pressinqdən qaçanda, bu, bütün kollektivin işinə təsir edir. Buraxılan ilk iki qol bizə ağır zərbə vurdu. Qapıçımız penalti epizoduna qədər çıxıb topu götürməli idi, lakin səhvə yol verdi. Bu isə rəqibə daha da inam qazandırdı. Bu gün meydanda iki qrup var idi. Biri oynamaq istəyənlər, digəri isə istəməyənlər. Lakin məğlubiyyətin səbəbi təkcə oyunçular deyil, məşqçilər heyətinin də səhvləri var”.

Baş məşqçi biabırçı hesaba görə tərəfdarlardan üzr istəyərək, klub rəhbərliyinin qəti mövqeyini açıqlayıb. O bildirib ki, bəzi futbolçuların istəksiz oyunu nəticəsiz qalmayacaq: “Azarkeşlərdən belə oyun üçün üzr istəyirəm, onlar bu məyusluğa layiq deyildilər. Yaxın vaxtda komandanı toplayıb səhvləri təhlil edəcəyik. Klub prezidentinin birbaşa göstərişi var: belə məğlubiyyətdən sonra futbolçular cərimələnəcəklər”.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58