Premyer Liqasının maraqlı qarşılaşmalarından hesab olunan oyunda “Zirə” səfərdə “Araz-Naxçıvan”ın qonağı oldu. Son iki oyunda qələbə qazanaraq yüksəlişə keçən naxçıvanlılar üçün bu oyun “tam formadayıq” demək üçün əla fürsət idi. Lakin Rəşad Sadıqovun yetirmələri bu dəfə taktiki nizamı ilə ön plana çıxdılar.
Oyunun ilk hissəsi hər iki tərəfin ehtiyatlı davranışı və taktiki mübarizəsi ilə yadda qaldı. Hesabın açılmadığı ilk 45 dəqiqədən sonra hər iki məşqçi ikinci hissədə dəyişikliklərə əl atdı.
Matçın taleyini 67-ci dəqiqədə Ayron Qomes həll etdi. Onun vurduğu qol “Zirə”ni önə keçirdi və oyunun sonuna qədər bu üstünlük qorunub saxlanıldı. Oyunun son dəqiqələri xüsusilə gərgin keçdi. Baş hakim Rauf Cabbarovun 90-cı dəqiqədən sonra göstərdiyi 3 sarı vərəqə mübarizənin nə dərəcədə amansız olduğunu sübut etdi.
Andrey Demçenkonun komandası bu məğlubiyyətlə qələbə seriyasını davam etdirə bilməsə də, meydandakı oyun naxçıvanlıların hələ də rəqabətədavamlı olduğunu göstərdi. “Zirə” isə “Turan Tovuz”la oyundakı müdafiə səhvlərindən nəticə çıxararaq, bu dəfə qapısını toxunulmaz saxlamağı bacardı və vacib 3 xalı aktivinə yazdırdı. Oyunun sonundakı “vərəqə yağışı” hər iki komandanın son saniyəyə qədər xal üçün döyüşdüyünün göstəricisidir.
ARAZ-NAXÇIVAN – ZİRƏ 0:1 (0:0)
Qol: Qomis, 67 (0:1)
“Araz-Naxçıvan”: Kristian Avram, Bəxtiyar Həsənalızadə (k), Slavik Alxasov (Bruno Franko, 66), Coşqun Diniyev, Rahil Məmmədov, Ömər Buludov (Ülvi İsgəndərov, 80), Ramon (Ba-Muaka Simakala, 46), Patrik Andrade, Hamidu Keyta (Şarl Boli, 66), Felipe Santos, Bar Koen (Nunu Rodriqeş, 58).
“Zirə”: Tyaqu Silva, Qismət Alıyev (k), Rüfət Abdullazadə (Rövlan Muradov, 72), Stefan Aka, Enrike Kustodio, Davit Volkov (Leroy Mikkels, 72), Giorgi Papunaşvili (Ceyhun Nuriyev, 59), Quima, Anje Mutsinzi, Ayron Qomis, Eren Aydın (Junior Martins, 59).
Sarı vərəqələr: Rodriqeş, 64. Quima, 82. Nuriyev, 90+2. Mutsinzi, 90+3. Diniyev, 90+6