“Araz-Naxçıvan” cari mövsümün ikinci yarısı üçün heyətinə yeni futbolçu qatmağı planlaşdırmır. Bu barədə klubun icraçı direktoru Eldəniz Yusubov rəsmi açıqlama verib.
Klub rəsmisi bildirib ki, hazırda transfer bazarında aktiv deyillər və heç bir oyunçu ilə danışıq aparılmır: “Mövsümün ikinci yarısına mövcud heyətlə hazırlaşırıq. Hazırda transfer etmək niyyətimiz yoxdur.”
Premyer Liqanın ilk dövrəsini 26 xalla 6-cı pillədə başa vuran Naxçıvan təmsilçisi, turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq niyyətindədir.
Hazırlıq prosesi çərçivəsində komanda yanvarın 14-də “Qəbələ” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.