”İmişli” Sumqayıtda keçirilən oyunda nominal meydan sahiblərinə çətin anlar yaşatdı. Uzun illərdən sonra ilk dəfə fərqlənən təcrübəli Araz Abdullayev imişliləri hesabda irəli çıxardı. İkinci hissədə təzyiqi artıran naxçıvanlılar rəqibin oyundan kənar vəziyyət yaratmaq istəyərkən buraxdığı səhvdən istifadə etdi və Keyta bərabərlik qolunu vurdu. “Araz” aramsız həmlələr nəticəsində yalnız son dəqiqələrdə penalti qazandı və Felipe Santos qələbə topunu vurdu.
Premyer Liqa, 11-ci tur
“Araz-Naxçıvan” – “İmişli” 2:1
Qollar: H. Keyta, 65. Felipe Santos, 90+2 – A. Abdullayev, 16.