Futzal üzrə Çempionlar liqasının əsas mərhələsində çıxış edən “Araz-Naxçıvan” bu gün növbəti oynunu keçirib. Xatırladım ki, B liqasında yarışan naxçıvanlılar ilk oyunda Rumıniya “Yunayted Qalati”sini 2:1 hesabıyla məğlub etsə də, ikinci oyunda Lüksenbur “Differdanj”ını müqqavimətini qıra bilməmişdi – 2:2. Onuda deyim ki, bizimkilərində yer aldığı 7-ci qrupu oyunları Rumıniyanın Dunarea İdman Sarayında keçirilir. Futzalçılarmız son turunda Niderlandın “Rurmond Tayqers”i ilə qarşılaşıb. Yeri gəlmişkə, A liqasında qrupda ilk üç yeri tutan komandalar 1/4 finala vəsiqə qazanırsa, B liqasında yalnız qrup qalibi turnirdə çxışını davam etdirəcək. Qrup lideri məhz bu oyunda müəyyənləşdiyindən naxçıvanlıları yalnız qələbə qane edirdi. 10-cu dəiqqədə Da Silva “Araz-Naxçıvan”ı hesabda irəli çıxarsa da, niderlandlılar ilk yarıda bərabərlik qolunu vur bildilər. İkinci hissənin əvəllində komandamız qapısından ikinci topu buraxdı. 29-cu dəqiqqədə naxçıvanlıların braziliyalı legioneri Juan Perruzo vurduğu qolla komandasını qələbəyə ümidləndiridi. Bundan sonra hücumlarını davam etdirən komandamız son dəqqiqədə Da Silva atdığı qolla qələbə qazanaraq qrupu lider qismində başa vuraraq 1/4 finala vəsiqə qazandı.
Araz-Naxçıvan 3 2 1 0 7:5 7
Rurmond Tayqers 3 2 0 1 14:9 6
Differdanj 2 0 1 1 7:10 1
Yunayted Qalati 2 0 0 2 2:6 0