“Araz-Naxçıvan” çempionatın əvvəlindən şoxlarını təəccübləndirən və inadkar komanda təsiri bağışlayan “İmişli”ni məğlub edərək bu nağılın müvəqqəti olduğunu göstərdi. Bütün mənalarda rəqibindən üstün olan naxçıvanlılar fərqi 2 cavabsız topla təsdiqlədi. Meydan sahiblərinin ikinci qolunu uzatma dəqiqələrində əvəzetmədən meydana girən Ülvi İgəndərov vurdu.
Premyer Liqa, 7-ci tur
“Araz-Naxçıvan” – “İmişli” 2:0
“Araz-Naxçıvan“: Kristian Avram, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Rahil Məmmədov, Ömər Buludov, Vanderson Melo, Nuno Rodriqes, Felipe Santos, Ba-Muaka Simakala, Şarl Boli, Bar Kohen.
“İmişli”: Andrey Sinenka, Azər Salahlı, Abbas Ağazadə, Həzrət İsayev, Vüsal Qənbərov, Nikola Karaklaiç, Edvin Banquera, Ronaldo de Souza, Dioqo Almeyda, Dioqo Rollo, Ezekiel Morqan.
Qollar: Simakala, 33. Ülvi İsgəndərov, 90+5.