Premyer Liqanın 21-ci turunun ikinci oyun günündə “Araz-Naxçıvan” səfərdə “Karvan-Yevlax”la qarşılaşıb. Görüşün taleyini qonaq komandanın legioneri Felipe Santos həll edib. O, matçın 32-ci dəqiqəsində hesabı açaraq komandasını önə keçirib. 51-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək həm özünün, həm də komandasının ikinci qoluna imza atıb.
Bu qələbə sayəsində xallarının sayını artıran Andrey Demçenkonun yetirmələri yenidən “5-liy”ə daxil olmağı bacarıblar. Füzuli Məmmədovun rəhbərlik etdiyi “Karvan” heyətdə bir neçə dəyişiklik etsə də, naxçıvanlıların müdafiə səddini yara bilməyib. “Araz-Naxçıvan” hər hissədə vurduğu bir qolla 2:0 hesablı inamlı qələbə qazanaraq, avrokuboklar uğrunda mübarizədə iddiasını qoruyub saxladı. “Karvan” isə doğma azarkeşləri önündə xal itkisi ilə üzləşdi.
KARVAN (YEVLAX) – ARAZ-NAXÇIVAN 0:2 (0:1)
Qollar: Felipe Santos, 32′ (0:1). Felipe Santos, 51′ – penaltidən (0:2)
Baş hakim: İnqilab Məmmədov
“Karvan” (Yevlax): Pedro Mateuş, Vadim Abdullayev (k) (İbrahim Qədirzadə, 68), Eltun Turabov (Samir Abdullayev, 60), Moyze Ngvisani, Uğur Cahangirov (Piter Kinqs, 68), Rauf Rüstəmli (Samuel Dürrant, 55), Qavi Tompson, Emin Rüstəmov, Şakil Sno, Kayl Spens, İmani Barker
“Araz-Naxçıvan”: Kristian Avram, Bəxtiyar Həsənəlizadə (k), Slavik Alxasov, Coşqun Diniyev (Nunu Rodriqeş, 78), Rahil Məmmədov, Ömər Buludov, Mustafa Əhmədzadə, Ramon (Ba-Muaka Simakala, 78), Felipe Santos (Ülvi İsgəndərov, 72), Hamidu Keyta (Şarl Boli, 64), Patrik Andrade.
Sarı vərəqə: Slavik Alxasov (“Araz-Naxçıvan”)