“Araz-Naxçıvan” doğma stadiona dönüşü qələbə ilə qeyd etdi

09.12.25 | 18:32
Ölkə futbolu

Son iki turda vacib xallar itirən, hətta autsayderlər qrupunda olan “Qəbələ”yə uduzan Naxçıvan komandası üçün bu oyun əhəmiyyətli idi. Xüsusən də başı üzərini qara buludlar alan baş məşqçi Elmar Baxşıyev üçün “Kəpəz”lə görüş həlledici xarakter daşıyırdı. Daha bir autsayderlə oyunda xal itkisi ona baha başa gələ bilərdi. Lakin gəncəlilər meydan sahiblərinə müqavimət göstərə bilmədi. 7-ci turdan sonra sərgərdan qalan “Araz-Naxçıvan” nəhayət Liv Bona Dea Arenaya qayıtdı və bu dönüşü qələbə ilə qeyd etdi. Coşqun Diniyev və Patrik Andrade hər hissədə bir qol vuraraq naxçıvanlılara qələbə gətirdi. Son dəqiqələrdə komandalar təhlükəli vəziyyətləri mübadilə etdilər və hər iki komanda dirəyi yoxladı.

Premyer Liqa, 14-cü tur

“Araz-Naxçıvan” – “Kəpəz” 2:0
Qollar: C. Diniyev, 38. P. Andrade, 64.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58