“Araz-Naxçıvan” autsayderi məğlub etdi

13.03.26 | 18:07
Ölkə futbolu

Andrey Demçenkonu böyük ümidlərlə sükan arxasına gətirən “Araz-Naxçıvan” qeyri-sabit oyun sərgiləməklə yanaşı ötən turda növbəti dəfə “Qarabağ”a böyük hesabla məğlub oldu. Bu matçdan sonra komandanın daxilindəki vəziyyətlə bağlı bir sıra söz-söhbətlər də baş qaldırdı. Hətta bəzi futbolçuların bilərəkdən oynamaması və ya istənilən səviyyədə oynamağa həvəsli olmaması barədə söz-söhbətlər də yayılmışdı. “Qarabağ”la dişsiz oyunu izləyənlər həqiqətən də Naxçıvan klubunun oyunçularının aciz olduqlarını sezməyə bilməzdi. Autsayder “Karvan”la oyun Demçenko və onun komandası üçün reabilitasiya imkanı idi. Oyunun əvvəlində “Araz-Naxçıvan” ciddi təhlekə yaratmaqda çətinlik çəkirdi. Lakin ilk yarının sonunda yaxın meydan sahibləri iki kəsərli hücum quraraq fasiləyə ciddi üstünlüklə yollandı.

İkinci hissə qonaqlar üqçün uğurlu başlandı. Kayl Spens fərdi ustalığı nəticəsində hesab arasındakı fərqi minimuma endirdi. Oyunun qalan vaxtında tərəflərin səylərinə baxmayaraq hesab dəyişmədi.

Premyer Liqa, 24-cü tur


ARAZ-NAXÇIVAN – KARVAN-YEVLAX 2:1 (2:0)

 Qollar: 1:0 – Keyta,37. 2:0 – Simakala, 41, 2:1 – Spens, 51.

Məkan: Bakı, “Liv Bona Dea Arena” stadionu.

Baş hakim: Kamranbəy Rəhimov.

Araz-Naxçıvan: Tərlan Əhmədli, Bəxtiyar Həsənalızadə (k), Slavik Alxasov, Coşqun Diniyev, Rahil Məmmədov, Patrik Andrade, Issuf Paro (Bruno Franko, 72), Nunu Rodriqeş (Bar Koen, 86), Felipe Santos, Ba-Muaka Simakala (Ramon, 86), Şarl Boli.

 Karvan-Yevlax: Pedru Mateuş, Elvin Yunuszadə (k), Vadim Abdullayev, Rauf Rüstəmli (Araz Abdullayev, 82), Emin Rüstəmov (Piter Kinqs, 90), Coy-Sleyd Mikkels, Şakil Sno, Kayl Spens (Uğur Cahangirov, 73), Moyze Ngvisani, Qavi Tompson, İmani Barker.

Sarı vərəqələr: Həsənalızadə, 14. Simakala, 17. Cahangirov, 75. Diniyev, 86

Paylaş:

Xəbər Lenti

“Zirə” – “Şamaxı” – YENİLƏNİR

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47