“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko, Premyer Liqanın 21-ci turunda “Karvan-Yevlax” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib. Mütəxəssis oyunun çətin keçəcəyini öncədən bildiyini vurğulayaraq, komandasının intizamlı oyununu xüsusi qeyd edib.
Demçenko rəqibin müqavimətini gözlədiklərini bildirib: “Futbolçulara demişdim ki, ağır oyun olacaq. “Karvan-Yevlax” elə bir vəziyyətdədir ki, itirəcəyi heç nə yoxdur və sona qədər mübarizə aparacaqlar. Futbolçulara demişdim ki, ağır oyun olacaq. “Karvan-Yevlax” elə bir vəziyyətdədir ki, itirəcəyi heç nə yoxdur və sona qədər mübarizə aparacaqlar. Fasilədən sonra fərqli taktika ilə çıxış etdik. Rəqibə öz futbolunu oynamağa imkan vermədik. Futbolçularıma qələbə üçün hər şeyi etdiklərinə görə təşəkkür etdim. Amma arxayınlaşmaq olmaz, qarşıda hələ çox oyun var”.
Baş məşqçi son zamanlar diqqət çəkən Felipe Santosun çıxışına da toxunub. O, futbolçunun start heyətinə qayıtmasını onun zəhməti ilə əlaqələndirib: “Santosa yaxşı futbolçu olduğunu və yüksək keyfiyyətlərə malik olduğunu izah etdik. Hər şey sadədir: o, öz üzərində çox çalışdı və yenidən start heyətinə qayıtmağı bacardı”.
Klub prezidenti Ramik Axundovun axtarışa verilməsi ilə bağlı xəbərlərin komandaya təsirinə gəlincə, Demçenko işlərinə fokuslandıqlarını bildirib: “Bu barədə geniş məlumatım yoxdur. Biz öz işimizi görürük. Standart rejimimizdə məşqlərə və oyunlara davam edirik”.