“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 22-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyundan (0:1) sonra fikirlərini bölüşüb: “Bu gün meydanda fərqli bir komanda gördük. Deyə bilərəm ki, inkişaf var, pis oynamadıq. Qələbə qazanmaq üçün yaxşı imkanlarımız olsa da, futbolda belə məqamlar qaçılmazdır: sən vurmayanda, sənə vururlar. Baş verənlər öz səhvlərimizin nəticəsidir. Amma bu gün futbolçularımızın gözündə alov gördüm, böyük istəklə oynayırdılar. Bu, sevindirici haldır”.