Alman mətbuatı: “Ayntraxt” “Qafqazın Barselonası” qarşısında aciz qaldı

22.01.26 | 09:24
Ölkə futbolu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” üzərində qazandığı 3:2 hesablı qələbə, gözlənildiyi kimi, Almaniya mətbuatında böyük rezonans doğurub. Alman jurnalistlər bu nəticəni Frankfurt təmsilçisi üçün “Bakı şoku” kimi qiymətləndiriblər.

Alman idman mediası, əsasən, “Ayntraxt”ın müdafiə səhvlərinə və “Qarabağ”ın təslim olmayan xarakterini önə çəkiblər.

“Kicker”: Nüfuzlu nəşr “Bakıda nokaut” başlıqlı yazısında oyunu “Ayntraxt” üçün “acı son” adlandırıb. Məqalədə qeyd olunur ki, Dino Toppmöllerin gedişindən sonra müvəqqəti məşqçi Dennis Şmittin rəhbərliyi altında komanda ümidverici görünsə də, “Qarabağ”ın inadkarlığı qarşısında tab gətirə bilmədi. “Ayntraxt”ın pley-off ümidlərinin Tofiq Bəhramov adına stadionda “dəfn edildiyini” vurğulayıb.

“Bulinews”: “Qarabağ”ın son saniyədə dramatik qələbəni qopartdığını qeyd edərək, oyunun ssenarisini trillerə bənzədib. Xüsusilə, “Ayntraxt”ın hesabda irələi çıxmasından cəmi iki dəqiqə sonra “Qarabağ”ın hesabı bərabərləşdirməsi (2:2) və uzatma dəqiqələrində qələbə topunu vurması “frankfurtluların kövrək müdafiəsinin iflası” kimi qiymətləndirilib.

“Eurosport.de”: “Müdafiə kabusu” başlıqlı yazıda alman şərhçilər “Qarabağ”ın hücum xəttini, xüsusilə Abdullah Zubir və Elvin Cəfərquliyevin sol cinahdakı aktivliyini yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, Azərbaycan çempionu rəqibin psixoloji gərginliyindən məharətlə istifadə etdi.

“ZDF” və digərləri: Oyundan əvvəl və sonra “Qarabağ”ı “Qafqazın Barselonası” kimi xarakterizə edən alman mətbuatı, Azərbaycan çempionunun texniki və hücumameyilli futbolunun “Ayntraxt”ın zəif müdafiəsini darmadağın etdiyini yazıb.

Paylaş:

Xəbər Lenti

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41