İtaliya A Seriyasının 3-cü turunda Turin təmsilçisi “Yuventus” “İnter”i qəbul edib. “Allianz” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin son dəqiqələrdə vurduğu qələbə qolu ilə 4:3 başa çatıb.
Türkiyə millisinin ulduz futbolçuları Kenan Yıldız və Hakan Çalhanoğlu start heyətində yer alıb və hər ikisi vurduğu qollarla oyuna damğa vurub.
“Yuventus”un qollarını 14-cü dəqiqədə Kelli, 38-ci dəqiqədə Kenan Yıldız, 82-ci dəqiqədə Xefren Türam və 90+1-ci dəqiqədə Adziç vurub. Kenan Yıldız həm də komandasının üçüncü qoluna assist edib.
“İnter”in qollarını isə 30 və 65-ci dəqiqələrdə Hakan Çalhanoğlu, 76-cı dəqiqədə isə Markus Türam vurub.
Bu nəticə ilə “Yuventus” xallarını 9-a yüksəldərək liderliyini qoruyub, 3 xala malik “İnter” isə turnir cədvəlində 7-ci pilləyə geriləyib.