“Ailəm hər şeydən üstündür”: Messinin 1,4 milyardlıq təklifi rədd etmə səbəbi

14.01.26 | 16:23
Dünya futbolu

“Pulun heç bir əhəmiyyəti yoxdur”: “Əl-İttihad” prezidentindən şok Messi etirafı!

“Əl-İttihad” klubunun prezidenti Anmar Əl-Hayli Lionel Messini heyətə qatmaq üçün hər bir fədakarlığa hazır olduğunu açıqlayıb. O, argentinalı ulduza özünün təyin edəcəyi istənilən məbləğdə ömürlük müqavilə təklif etməyə razı imiş. Leonun PSJ-dən gedişindən sonra Səudiyyə təmsilçisi ona illik 1,4 milyard avro olan rekord bir məbləğ təklif edib.

 Klub prezident bu addımını belə əsaslandırıb: “Mənim üçün pulun heç bir əhəmiyyəti yoxdur. Mən Messini istəyirdim, çünki o, tarixin ən yaxşı futbolçusudur”.

“Əl-İttihad”, dünya futbolunun canlı əfsanəsi karyerasını ABŞ-da davam etdirmək qərarına gəlməzdən əvvəl ona ən böyük maliyyə təklifi verən azsaylı klublardan biri olub. NIBC-yə müsahibə verən Anmar Əl-Hayli bildirib ki, Messi PSJ-də çıxış edərkən rəsmi təklif göndərilsə də, hücumçu bu astronomik rəqəmdən imtina edib.

 “O, ailəsi ABŞ-a köçmək istədiyi üçün təklifi geri çevirdi. Belə nəhəng bir məbləğdən ailəsinə görə imtina etməsi həqiqətən heyrətamizdir. O, ailəsini seçdi və tərəddüd etmədən “yox” dedi. Biz buna böyük hörmətlə yanaşırıq, çünki ailə puldan daha vacibdir”, — deyə Əl-Hayli vurğulayıb.Xatırladaq ki, Lionel Messi sonda MLS-in “İnter Mayami” klubuna keçdi və burada artıq ilk çempionluğunu qazanıb.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11