Bu günlərdə Rusiya mətbuatı Azərbaycan, Qazaxıstan, Bosniya və Hersoqavina, Serbiya, Yunanıstan, Macarıstan və Bolqarıstanın UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında Rusiyanın qitə futbol qurumunun keçirdiyi yarışlara qayıtmasına səs verdiyin yazıb.
TASS-ın məlumatına görə, AFFA-nın mətbuat katibi Murad Axundov Rusiyanın UEFA bayrağı altında keşirilə yarışlara qayıtması üçün keçirilən səsvermədə iştirak etmədiklərini bildirib: “Mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir. UEFA bizdən Rusiyanın avrokuboklara qayıtması ilə bağlı fikri bildirməyimizi xahiş etməyib.
Qeyd edək ki, belə qərarlar quruma üzv olan ölkələr deyil, UEFA İcraiyyə Komitəsi səviyyəsində qəbul edilir”.