AFFA-dan yenilik: “Uşaq futbolunda “ədalət balansı”

23.01.26 | 16:01
Ölkə futbolu

Yeni qərara əsasən, U-8, U-9, U-10, U-11 və U-12 liqalarında artıq oyunların nəticələri rəsmi olaraq qeydə alınmayacaq və turnir cədvəli tərtib edilməyəcək. Bu addım azyaşlı futbolçuların üzərindəki psixoloji təzyiqi azaltmaq və diqqəti nəticəyə deyil, inkişafa yönəltmək məqsədi daşıyır.

Uşaq futbolunda tez-tez rast gəlinən böyükhesablı məğlubiyyətlərin qarşısını almaq və oyundakı disbalansı aradan qaldırmaq üçün AFFA aşağıdakı unikal qaydanı tətbiq edir:

+1 oyunçu: Əgər bir komanda oyun zamanı 3 top fərqi ilə geridə qalarsa, meydana bir əlavə oyunçu daxil edə bilər.

+2 oyunçu: Hesab fərqi 6-ya çatarsa, məğlub olan tərəf meydana daha bir (maksimum ikinci) əlavə oyunçu çıxarmaq hüququ qazanır.

Geri qayıdış: Əgər məğlub olan komanda fərqi azaldarsa, qayda tərsinə işləyir. Fərq 4 qola düşdükdə, əlavə oyunçulardan biri, fərq 2 qola düşdükdə isə ikinci əlavə oyunçu da meydanı tərk etməlidir.

Meydanda eyni vaxtda cəmi 2 əlavə oyunçu ola bilər və bu qaydanın tətbiqi məcburi deyil. Hesabda geri düşən komandanın məşqçisi əlavə oyunçu çıxarıb-çıxarmamaq qərarında sərbəstdir. Məqsəd futbolu uşaqlar üçün travmatik məğlubiyyət meydanından, əyləncəli və öyrədici bir prosesə çevirməkdir.

Yeri gəlmişkən, bu yenilik AFFA-nin kəşfi deyi. Belə ki, Norveçdə 11 yaşa qədər uşaq liqalarında “4 qol fərqi” qaydası illərdir mövcuddur. Əgər bir komanda 4 top fərqi ilə geri düşürsə, digər komanda bir oyunçusunu meydandan çıxarmır, əksinə, məğlub olan tərəf meydana əlavə bir nəfər daxil edir. Məqsəd topa sahib olma faizini bərabərləşdirmək və dominant komandanın oyunçularını daha dar sahədə, daha çətin şəraitdə qərar verməyə məcbur etməkdir.

Almaniya Futbol İttifaqı (DFB) son illərdə uşaq futbolunda turnir cədvəlini ləğv edib və 3v3 və ya 4v4 formatlı oyunlara keçib. Onların fəlsəfəsi budur: “Uşaq 10-0 uduzanda futbolu sevmir, 10-0 udan isə heç nə öyrənmir”.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11