“Napoli”nin “Fiorentina” üzərində 3:1 hesablı qələbəsindən sonra “Mançester Yunayted”dən İtaliya çempionatına keçən futbolçulardan söz açan “Corriere della Sera”nın jurnalisti Paolo Kondo belə deyib: “Bu gecənin adı “Dəniz kənarındakı Mançesterdir” film idi. Əla film izlədik və onu “Mançester Yunayted”ə həsr edirik. Tanrı “Mançester Yunayted”i qorusun!
Siz dünyada “Yunayted”in kimi son 10-12 ildə çoxlu futbolçu yandıran ikinci böyük kluba rast gələ bilməzsiniz. Bu gün biz ötən mövsüm “Napoli”nin skudettonu qazanmasında böyük əməyi olan möhtəşəm Heylundla Maktomineyanın və 3 top buraxmasına baxmayaraq çoxlu seyvlər edən De Xeyanın gözəl oyununu izlədik”. Kondo Sky Sport İtaliya telekanalına müsahibəsini belə tamamlayıb: “Çempionatımız üçün donor klubu olduğuna onlara təşəkkür etməliyik”.