Azərbaycan Sent Lüsiya üzərində tarixi qələbə qazandı

27.03.26 | 19:42
Ölkə futbolu

Qadın adı daşıyan yeganə müstəqil dövlət kimi San Lusia ekzotik ada kimi cəmi 181 000 əhalisi ilə dünya futbolunda heç nə ilə xatırlanmır. Bu ölkənin milli komandasının ən böyük nailiyyəti Arubanı keçərək DÇ-2014-ün seçmə mərhələsində əsas raunda çıxmaq olub. Yəni, seçmə mərhələdə iştirak imkanı qazanıb. Odur ki, son illərdə azarkeşlərini məyus edən Azərbaycan millisi üçün FİFA Series-də belə bir rəqib qələbə qazanıb reabilitasiya olmaq imkanı verirdi. Elə oyun da məhz bu ssenari ilə başladı. Artıq 2-ci dəqiqədə millimiz penalti fürsəti qazandı və yığmamızın bombardiri Emin Mahmudov hesabı açdı. Tezliklə ikinci qol da gəldi. Oyunun gedişi, rəqibin həddən artıq zəif olması hesabın böyük olacağından xəbər verirdi. Fasiləyə qədər Musa Qurbanlı cinadan gələn asmanı ayağı ilə qapıya yönəltdi.

Ayxan Abbasov fasiələdə əvəzetmələrə əl atdı və hətta qapıçını da əvəzlədi. Amma ikinci yarı əksinə başladı. Bu dəfə qonaqlar penalti ilə erkən qol vurdu. Doğrusu, belə bir zəif komandadan qol buraxmaq vurulan 3 qola bərabər sayılmalı idi. Sent Lüsiya futbolçuları o qədər zəif və həvəskar səviyyədə idi ki, oyuna intriqa gətirəcəyi sensasiyadan da artıq olardı. Toral Bayramovun vurduğu qol zamanı müdadiəçilərin və qapıçının hərəkətləri bunu bir daha təsdiqlədi.

Oyun Azərbaycan millisinin tarixində ən böyük hesablı qələbəsi ilə başa çatdı. Amma bu oyunun milli komandaya hansı faydanı verdiyini və ya komandanın gerçək imkanlarını üzə çıxardığını söyləmək çətindir. Sen Lüsiya yığması həvəskar səviyyədə bir kollektiv idi.

Azərbaycan – Sent Lüsiya 6:1
Qol: E. Mahmudov, 2-p. R. Sadıxov, 21. M. Qurbanlı, 36. T. Bayramov, 64. V. İsgəndərli, 86. R. Əhmədzadə, 89 – D. Filip, 52-p.

Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan).

Azərbaycan: Rza Cəfərov (Səlahət Ağayev, 46), Bədavi Hüseynov (Rahil Məmmədov, 46), Elvin Bədəlov (Cəlal Hüseynov, 46), Rəhman Daşdəmirov (Abdulla Rzayev, 74), Qismət Alıyev (Vüsal İsgəndərli, 46), Elvin Cəfərquliyev (Toral Bayramov, 46), Emin Mahmudov (k) (Ceyhun Nuriyev, 46), Emil Səfərov (Abdulla Xaybulayev, 46), Rəhim Sadıxov (Ayxan Hüseynov, 46), Musa Qurbanlı (Rüstəm Əhmədzadə, 46), Renat Dadaşov (Xəyal Əliyev, 46).

Sent-Lüsiya: Devon Sent-Prins, Doneal Layonel, Melvin Doksiyi (k), Alvinus Mayers, Kiqan Kauli (Ridel Stanislas, 46), Eymani Butçer (Trent Aleksander, 46), Şevon Bayron (Cəlil Evans, 71), Bayan Aman (Tyerri Moril, 87), Şakuan Nelson, Arkel Cud-Boyd, Donavan Fillip.

Sarı vərəqələr: E.Səfərov, 30. T.Bayramov, 51. X.Əliyev, 69.

Paylaş:

Xəbər Lenti

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41