Portuqaliya gənclər yığmasının baş məşqçisi Luiş Freyre Avro-2027-nin (U-21) seçmə mərhələsi çərçivəsində Azərbaycan (27 mart) və Şotlandiya (31 mart) komandalarına qarşı keçiriləcək oyunlar öncəsi “Bola na Rede” portalına müsahibə verib.
Komandasının hazırlıq səviyyəsindən danışan mütəxəssis hər iki rəqibi analiz etdiklərini bildirib:
“Komandamız həm müdafiə, həm də hücum planında qrupun ən yaxşısıdır. Meydanda hər zaman qələbəyə ac və doğru mentalitet nümayiş etdirən bir kollektiv görmək istəyirik. Rəqiblərə gəlincə, Azərbaycan yığmasının aşağı blokda müdafiə olunacağını və əsasən əks-hücumlara bel bağlayacağını gözləyirik. Şotlandiya isə fiziki cəhətdən güclü komandadır və daha çox standart vəziyyətlərdə təhlükə yaradır. Qələbə qazanmaq üçün bu detalları futbolçularımıza aşılamalı və mübarizəyə tam hazır olmalıyıq”.