Fizuli Məmmədov: “Bu oyunun qarşılığı məğlubiyyət olmamalı idi”

19.03.26 | 18:50
Ölkə futbolu

Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax” – “Zirə” qarşılaşması qonqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Fizuli Məmmədov məğlubiyyətə rəğmən komandasının performansını yüksək qiymətləndirib və gələcək taleyi ilə bağlı sualları cavablandırıb.

 Mütəxəssis komandasının çıxışından razı qalsa da, nəticənin ədalətli olmadığını vurğulayıb: “Yaxşı oyun nümayiş etdirdik. Meydanda rəqiblə başabaş mübarizə aparan, əzmkarlıq göstərən bir komanda var idi. Hətta bəzi epizodlarda “Zirə” kimi güclü rəqibi üstələməyi də bacardıq. Hesabda geri düşsək də, sərgilədiyimiz futbolla layiqincə mübarizə apardıq. Belə bir oyundan sonra məğlubiyyətə layiq deyildik. Sadəcə bir səhv bütün zəhmətimizi boşa çıxardı. “Zirə”ni qələbə münasibətilə təbrik edirəm, futbolçularıma isə göstərdikləri oyuna görə təşəkkürümü bildirirəm”.

Məşqçi komandanın elitanı tərk edəcəyi təqdirdə postunda qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Klubun kifayət qədər yaxşı bazası və infrastrukturu var. Bu istiqamətdə təkmilləşdirmə işləri hələ də davam edir. Hesab edirəm ki, hadisələrin gedişatından asılı olmayaraq, klub öz yoluna davam edəcək. Mənim gələcəyimə gəlincə, komanda elitanı tərk edərsə, nələrin olacağı barədə hələ ki, rəhbərliklə müzakirəmiz olmayıb. Biz sonadək döyüşəcəyik”.

Paylaş:

Xəbər Lenti

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41