Çempionlar Liqasının cavab qarşılaşması öncəsi “Qalatasaray” və “Liverpul” arasındakı gərginlik artarkən, İngiltərə futbolunun əfsanəvi siması Ceymi Karregerin kəskin rəy dəyişikliyi gündəmə damğa vurub. Püşkatma zamanı “Liverpul”un mərhələ keçəcəyinə şübhə etməyən ekspert, indi eyni qətiyyətlə danışmır.
Püşklər çəkiləndə “Liverpul”un şanslarını 99% qiymətləndirən Karreger, İstanbuldakı ilk matçda “Qalatasaray”ın 1:0 hesablı qələbəsindən sonra bu göstəricini 98%-ə endirmişdi. Lakin Mersisayd təmsilçisinin Premyer Liqada “Tottenhem”lə heç-heçə etməsi əfsanəvi müdafiəçinin bütün əminliyini alt-üst edib.
Karregerin son şərhlərindən öne çıxan məqamlar: “Düşünmürəm ki, ‘Qalatasaray’ möhtəşəm komandadır. Amma ‘Liverpul’un mütləq keçməli olduğu bir rəqibdir. Azarkeşlər “Vulverhempton” və “Tottenhem” matçlarından sonra məyusdur. Çempionlar Liqasındakı məğlubiyyət də bura əlavə olunanda, artıq bir neçə həftə əvvəlki kimi əmin deyiləm”.
İlk görüşdə 1:0 hesablı üstünlük qazanan “Qalatasaray”, cavab oyununda hər hansı qələbə və ya heç-heçə halında adını növbəti mərhələyə yazdıracaq.