İspaniya millisi ABŞ ilə yaşanan diplomatik gərginlik fonunda mundialda iştirakdan imtina etmək variantını nəzərdən keçirir.
Mənbələrin verdiyi məlumata görə, münaqişəyə rəsmi Madridin ABŞ hərbi aviasiyasına İranla bağlı əməliyyatlarda İspaniya bazalarından istifadə icazəsi verməməsi səbəb olub. Buna cavab olaraq Donald Tramp İspaniyanı kəskin tənqid edərək, ölkələr arasındakı ticarət əlaqələrinin dayandırıla biləcəyini bəyan edib.
Hazırda İspaniya Kral Futbol Federasiyasının (RFEF) yaranmış vəziyyəti və mümkün addımları dərindən analiz etdiyi bildirilir.