Rus futbolçu seyfi yardı, qadını öldürdü, günahkar isə… Ukrayna oldu

15.03.26 | 22:54
Dünya futbolu

Rusiyanın idman mühiti son illərin ən qanlı cinayət xəbərlərindən biri ilə sarsılıb. “Ural-2” klubunun perspektivli müdafiəçisi Daniil Sekaç, yaşıl meydanlardakı uğurları ilə deyil, törətdiyi dəhşətli cinayətlə gündəmə gəlib. Gənc futbolçu rusiyalı qadın sahibkarı qarət etməkdə və qətlə yetirməkdə ittiham olunur.

Rusiya mediasının yaydığı məlumata görə, Sekaç cinayəti əvvəlcədən planlaşdırıb. O, xanımının 16 yaşlı qızını aldadaraq mənzilə daxil olub. Futbolçu yeniyetməni manipulyasiya edərək təkcə qapını açdırmayıb, həm də seyfin açarlarını ələ keçirib.

Hadisənin ən dəhşətli məqamı isə mənzil sahibəsi evə gəldikdə yaşanıb. Sekaç qadına hücum edərək onu vəhşicəsinə qətlə yetirib. Evdən bir neçə min dollar nağd pul və külli miqdarda qiymətli zinət əşyaları oğurlayan futbolçu hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Daniil Sekaç saxlanılıb. Məlum olub ki, o, oğurladığı qəniməti artıq kuryer vasitəsilə gizlətməyə çalışıb. “Ural-2” rəhbərliyi və məşqçilər korpusu hadisədən şokdadır. Məşqçisi Sekaçın komandada perspektivli oyunçu kimi tanındığını, onun pul və ya qumar asılılığı kimi hər hansı problemini müşahidə etmədiklərini bildirib.

Futbolçunun atası isə oğlunun cinayət törətdiyini inkar etmir, lakin onun “ukraynalı fırıldaqçıların” təsiri və təzyiqi altında hərəkət etdiyini iddia edir.Hazırda faktla bağlı cinayət işi davam edir. Karyerasını yaşıl meydanlarda qurmalı olan gənc müdafiəçini ömürlük həbs təhlükəsi gözləyir.

Paylaş:

Xəbər Lenti

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41