“İmişli”nin baş məşqçisi Jorje Kaşkilya Misli Premyer Liqasının 24-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri ağır məğlubiyyəti (0:5) şərh edib. Portuqaliyalı mütəxəssis komandasının oyununa və buraxılan səhvlərə toxunub: “Oyun haqqında danışılacaq çox şey yoxdur. Görüşə yaxşı başlamadıq. Xüsusilə Bangueranın zədələnərək meydanı tərk etməsi komandaya mənfi təsir göstərdi. İkinci qolu çox tez buraxdıq. Müdafiəçilərin diqqətsizliyi ucbatından qapımıza penalti təyin olundu. Hesab fərqi artdıqdan sonra toparlanmaq bizim üçün çox çətin idi” . Kaşkilya rəqibin gücünü etiraf edərək, “Sabah”ın çempionluq iddialarını vurğulayıb: “Çempionatın liderinə, “Sabah” kimi güclü komandaya qarşı geri dönüş etmək asan məsələ deyil. Onlar bura “Qəbələ” üzərindəki böyükhesablı qələbənin ver