Berdiyevin cəzası azaldıldı, “Sabah”ın sabiq qapıçısının şikayəti rədd edildi

11.03.26 | 21:58
Ölkə futbolu

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib. Azərbaycan futbolunda son həftələrin ən səs-küylü intizam qərarları yenidən masaya yatırılıb. Tribunalın qəbul etdiyi qərarlar bəzi klublar üçün “nəfəslik” olsa da, bəzi müraciətlər nəticəsiz qalıb.

İclasın ən diqqətçəkən məqamı “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevlə bağlı olub. Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”lə qarşılaşmada hakimi itələdiyi və təhqir etdiyi iddiası ilə 4 oyunluq cəza və 10 000 manat cərimə alan rusiyalı mütəxəssisin işinə yenidən baxılıb.

Tribunal Tovuz təmsilçisinin şikayətini qismən təmin edərək, İntizam Komitəsinin ilkin qərarını ləğv edib. Yeni qərara əsasən, Berdiyevin əməli İntizam Məcəlləsinin 53.1-ci maddəsinə (aqressiv davranış) tövsif edilib. Beləliklə, təcrübəli məşqçinin cəzası 3 oyuna, klubun cəriməsi isə 6000 manata endirilib.

Tribunal I Liqa və Region Liqası ilə bağlı bir neçə mühüm qərarı da dəyişib.

“Mingəçevir”in uğuru: Baş məşqçi Ramiz Məmmədovun hakimi təhqir etməsinə görə aldığı 4 oyunluq cəzanın 1 oyunu şərti hesab edilib. Mütəxəssisə 6 aylıq sınaq müddəti təyin olunub.

“Biləsuvar”ın müraciəti: Region Liqasında çıxış edən Emil Həsənzadənin rəqibi təhqir etdiyinə görə aldığı 3 oyunluq cəza, AFFA-nın “ədalətlilik və mütənasiblik” prinsipləri əsas gətirilərək 2 oyuna endirilib.

Hər kəsin maraqla gözlədiyi digər məsələ – “Sabah”ın sabiq qolkiperi Yusif İmanovla bağlı müraciət idi. Lakin Tribunal futbolçunun apellyasiya şikayətini təmin etməyib və İntizam Komitəsinin əvvəlki qərarını qüvvədə saxlayıb. Eyni aqibəti Firuddin Əmirxanovun Oyunçuların Statusu və Transfer Komitəsinin qərarından verdiyi şikayət də yaşayıb.

Apellyasiya Arbitraj Tribunalı tərəflərə bir daha xatırladıb ki, bu qərarlardan narazı qalan şəxslər və klublar öz haqlarını beynəlxalq müstəvidə – İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsində (CAS) qoruya bilərlər.

Paylaş:

Xəbər Lenti

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48