Mourinyudan sərt cavab: “Mən niyə xainəm?”

09.03.26 | 16:11
Dünya futbolu

Portuqaliya çempionatının mərkəzi qarşılaşmasında “Benfika” öz meydanında “Portu”nu qəbul edib. Gərgin keçən “O Klasiko”da Lissabon təmsilçisi 0:2 hesabı ilə geridə olsa da, əzmkar xarakter nümayiş etdirərək hesabı bərabərləşdirib – 2:2.

Oyunun son dəqiqələrində “Benfika”nın baş məşqçisi Joze Mourinyu rəqib komandanın texniki zonası ilə yaşanan mübahisəyə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Təcrübəli mütəxəssis matçdan sonra baş verənlərə və ona ünvanlanan ittihamlara kəskin reaksiya verib: “Rəqib skamyasındakı bir şəxs mənə 50 dəfə “xain” dedi. Bunun izahını istəyirəm: mən niyə xainəm? “Portu”da çalışanda bu komanda üçün ruhumu qoymuşdum. Sonra “Çelsi”, “İnter”, “Real” və “Fənərbaxça”da da eyni fədakarlıqla işləmişəm. Mən hər zaman işimə maksimum bağlılıq nümayiş etdirirəm – peşəkarlıq məhz budur. Azarkeşlərin təhqirlərini bir növ anlamaq olar, amma həmkarımın mənə xain deməsi qəbulolunmazdır. İndi “Benfika”nın uğuru üçün əlimdən gələni edirəm deyə xain sayılıram? Sabah “Eştrela Amadora”, “Unian Leyriya” və ya “Moreyrenşe”ni çalışdıra bilərəm və orada da eyni ehtirasla işləyəcəm. Bu ittihamlar mənim heç xoşuma gəlmədi”.

Xatırladaq ki, “Xüsusi” ləqəbli məşqçi ötən ilin payızından “Benfika”ya rəhbərlik edir. O, 2002-2004-cü illərdə “Portu” ilə UEFA Kuboku və Çempionlar Liqasını qazanaraq dünya futbolunda adından söz etdirmişdi.

Paylaş:

Xəbər Lenti

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13