Van Deyk: “İstanbulda qulaqlarımız yenidən sınağa çəkiləcək”

07.03.26 | 19:56
Dünya futbolu

Çempionlar Liqasında “Qalatasaray”ın növbəti rəqibi olan “Liverpul”un kapitanı Vircil van Deyk, İstanbul səfəri öncəsi diqqətçəkən fikirlər səsləndirib. İngiltərə Federasiya Kubokunda (FA Cup) “Vulverhempton”u 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksələn “mersisaydlılar”da bütün diqqətlər artıq “Rams Park”da keçiriləcək qarşılaşmaya yönəlib.

Matçdan sonra yurnalistlərin suallarını cavablandıran niderlandlı müdafiəçi, “Qalatasaray” azarkeşlərinin yaratdığı atmosferdən təsirləndiyini gizlətməyib. Liqa mərhələsindəki ilk oyunu xatırladan təcrübəli futbolçu, İstanbul təmsilçisinin ev sahibliyi etdiyi qarşılaşmaların özünəməxsus çətinliyindən danışıb: “İndi bütün diqqətimizi Qalatasarayla keçiriləcək oyuna yönəlib. İstanbulda qulaqlarımız yenidən ciddi sınağa çəkiləcək, amma orada oynamaq hər bir futbolçu üçün xoşdur. Bizi çox çətin bir atmosfer və gərgin mübarizə gözləyir”.

Kapitanın bu sözləri qısa müddətdə sosial şəbəkələrin idman gündəminə çevrilib. Xüsusilə “Qalatasaray” azarkeşləri Van Deykin “qulaqlarımız sınağa çəkiləcək” ifadəsinə reaksiya verərək, çərşənbə axşamı “Rams Park”da rəqib üçün yenidən “cəhənnəm” atmosferi yaradacaqlarını vurğulayıblar.

“Vulverhempton” üzərindəki inamlı qələbə ilə moral tapan Yurgen Kloppun yetirmələri, İstanbuldan sərfəli nəticə ilə dönmək niyyətindədir. Lakin “aslanlar”ın öz meydanındakı aşılmaz gücü bu qarşılaşmanı həftənin ən maraqlı və proqnozlaşdırılması çətin oyunlarından birinə çevirir.

Paylaş:

Xəbər Lenti

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41