Qadın futbolçulardan ibarət millimiz DÇ-2027-nın seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq. C Liqasının 3-cü qrupunda yer alan yığmamız 2-ci turda Macarıstanın qonağı olacaq.
Felksut şəhərindəki “Panço Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Xatırladaq ki, millimiz qrupdakı ilk oyununda evdə Şimali Makedoniya seçməsini 2:0 hesabı ilə məğlub edib.