Ötən həftə Küveyt Kubokunun oyunlarını idarə etmək üçün bu ölkəyə yollanan FİFA referisi Əliyar Ağayev və laysman Nicat İsmayıllı bölgədə yaranmış fors-major vəziyyətlə üzləşiblər. ABŞ və İsrail ilə İran arasında alovlanan hərbi əməliyyatlar nəticəsində hava məkanının bağlanması və təhlükəsizlik riskləri səbəbindən hakimlərimiz martın 1-dən etibarən Küveytdə qalıblar.
AFFA hakimlərin təxliyəsi prosesini birbaşa nəzarətdə saxlayır. Bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyi və ölkəmizin Küveytdəki səfirliyi ilə intensiv koordinasiya qurulub.
Hakimlərin ölkəyə qaytarılması üçün ən təhlükəsiz marşrutların müəyyənləşdirilməsi istiqamətində diplomatik kanallar vasitəsilə iş aparılır.