Klublar cərimələndi, futbolçular cəzalandı

06.03.26 | 19:35
Ölkə futbolu

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə olunub və müvafiq sanksiyalar tətbiq edilib.

Peşəkar Futbol Liqasının rəsmi məlumatına əsasən, meydandan kənarlaşdırılan futbolçulara qarşı aşağıdakı qərarlar qəbul olunub:

“Sumqayıt”: “Zirə” ilə matçda birbaşa qırmızı vərəqə alan Nikola Ninkoviç ciddi qayda pozuntusuna görə 2 oyunluq cəzalandırılıb. Klub isə buna görə 1000 manat cərimə ödəyəcək.

“Qəbələ”: “Sabah”la görüşdə meydandan qovulan Adriel Ba Lua da analoji səbəbdən 2 oyunluq diskvalifikasiya edilib. “Qəbələ” klubu da eyni qaydada 1000 manat məbləğində cərimə olunub.

İclasda həmçinin təhlükəsizlik və komanda intizamı ilə bağlı məsələlərə də toxunulub:

“Qarabağ”: “Şamaxı” ilə ev oyununda meydana kənar şəxs daxil olduğu üçün Ağdam təmsilçisi 2500 manat cərimələnib.

“Şamaxı”:Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubun büdcəsindən 700 manat çıxacaq.

Paylaş:

Xəbər Lenti

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54