Qurbanovdan Adıgözəlovun ittihamına reaksiya: ‘Keçmişə qayıtmıram'”

05.03.26 | 07:44
Ölkə futbolu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Şamaxı” üzərində qazanılan qələbəni (3:1) şərh edib.

“Köhlən atlar”ın çalışdırıcısı oyunla bağlı belə deyib: “İkinci hissədə oyuna tam nəzarət etdik, hərçənd bəzi epizodlarda səhvlərə yol verdik. Hazırda çox sıx qrafikdəyik. İnanıram ki, növbəti matçlarda komanda daha yaxşı fiziki formada olacaq. Azarkeşlərimizə də xüsusi təşəkkür edirəm, bizi tək qoymadılar”.

Kadi Borqesin “səkkiz nömrə” mövqeyində oynamasına gəlincə Qurbanov bunları söyləyib: “Kadi bu mövqedə çıxış edə bilir. Son oyunlarda Bikaalyonun üzərinə böyük yük düşmüşdü, ona görə də onu qorumağa çalışdıq. Əslində, Kadinin hücum xəttinə daha yaxın oynamasını istəyirik, lakin onun universal keyfiyyətləri mərkəzdə də oynamağa imkan verir. Gələcəkdə bu tip rotasiyalara yenə əl atacağıq”.

Yarımfinalda “Sabah”la mümkün qarşılaşma və həmin klubun prezidenti Maqsud Adıgözəlovun keçənilki final barədə səsləndirdiyi fikirlərə Qurbanovun cavabı qısa olub: “Rəqibin kim olmasının fərqi yoxdur. Azarkeşlər üçün belə oyunlar hər zaman maraqlıdır. Keçmişə qayıtmaq istəmirəm, bu suala cavab verməyəcəyəm”.

Məşqçi komandanın üzərindəki təzyiq və “tək qalmaq” iddialarına belə aydınlıq gətirib: “Futbolda belə gərginliklər normaldır. Mövsümün əvvəlindən sıx qrafikdəyik, avrokuboklarda əsas mərhələyə yüksəlsək də, tələblər və gözləntilər durmadan artır. Özümü tək hiss etmirəm, biz bir kollektivik. Ola bilsin ki, meydanda hansısa intriqalar yaşansın, amma meydandan kənarda hər kəslə münasibətlərimiz normaldır”.

Yay transfer pəncərəsində “Qarabağ”ın ciddi şəkildə yenilənib-yenilənməyəcəyi sualına isə baş məşqçi: “Hər şey mümkündür. Bizdən asılı olmayan dəyişikliklər də baş verə bilər” – deyə cavab verib.

Paylaş:

Xəbər Lenti

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13